Misli Premyer Liqasının lideri “Qarabağ” IV dövrəyə də məhsuldar başlayıb.
İdman.biz xəbər verir ki, səfərdə “Turan Tovuz”un qonağı olan Qurban Qurbanovun yetirmələri səfərdə 4 qol vurublar.
4:1 hesablı qələbə qazanan Ağdam klubu bununla da mövsümdəki top sayını 69-a çatdırıb. 28 tur üçün kifayət qədər yüksək məhsuldarlıq göstərən “Qarabağ” orta hesabla hər matçda 2,46 qol vurub.
Amma bu, nə klubun, nə də çempionatın tarixinin ən yaxşı nəticəsi deyil. 1992-ci ildən keçirilən yarışın keçmişinə baxsaq, indiki “Qarabağ” 10-cu, yəni “Top-10”da sonuncudur.
Ağdam klubu son 4 mövsüm üçün ən aşağı göstəricisinə imza atıb. Bu mövsümlərdəki nəticələrin hamısı “Top-10”da yer alıb.
Rekord isə “Neftçi”yə məxsusdur. Bakı bir dəfə 28 tura 92, bir dəfə isə 87 qol vurub. İlk “üçlüy”ü 82 qollu Sumqayıt “Xəzər”i qapayır. “Top-10”da “Kəpəz”in də üç nəticəsi yer alıb.
Mövsümün ilk 28 oyununda ən çox qol vuran komandalar:
1. “Neftçi” (1996/97) - 92
2. “Neftçi” (1992) – 87
3. “Xəzər” S (1992) – 82
4. “Kəpəz” (1995/96) - 80
5-6. “Kəpəz” (1998/99) – 7
“Qarabağ” (2023/24) - 77
7. “Kəpəz” (1993/94) – 74
8. “Qarabağ” (2021/22) - 72
9. “Qarabağ” (2022/23) - 71
10. “Qarabağ” (2024/25) – 69
Qeyd edək ki, texniki nəticələrə görə verilən 3:0 hesablı qələbələr top fərqində nəzərə alınmayıb. “Kəpəz”in 1993/94 və 1998/99 mövsümlərinin hərəsində bir belə qələbəsi olub.
Vüqar Xeyrullayev
İdman.biz