Stefano Pioli “Əl-Nəsr”in baş məşqçisi vəzifəsini tərk edərək “Roma”nı çalışdıra bilər.
İdman.biz xəbər verir ki, italiyalı mütəxəssisin Səudiyyə klubunda işləri yaxşı getmir.
"Sportitalia"nın məlumatına görə, Pioli həm meydanda, həm də komandadaxili münasibətlərdə çətinliklərlə üzləşir.
Bütün bunların fonunda "Milan"ın sabiq çalışdırıcısının İtaliyaya mümkün qayıdışı ilə bağlı söz-söhbətlər artır. Onun adı “Roma” da daxil olmaqla, A Seriyasının bir neçə klubu ilə hallanır. Mövsümün sonunda Klaudio Ranierinin gedişindən sonra Piolinin "Roma"nın baş məşqçisi vəzifəsinə əsas namizədlərindən biri olduğu deyilir.
Qeyd olunur ki, sentyabrda təyin olunan Pioli ilə “Əl-Nəsr”in hücumçusu Kriştiano Ronaldo arasında mümkün fikir ayrılığı barədə söz-söhbətlər son vaxtlar artıb. Bu daxili ziddiyyətlər və gözləntiləri doğrultmayan nəticələr məşqçinin klubdakı gələcəyini şübhə altına qoyub.
Lakin Piolinin işinin qiymətləndirilməsinə ilk növbədə çempionatdakı vəziyyət təsir edir. Komanda lider “Əl-İttihad”dan 10 xal, ikinci pillədəki “Əl-Hilal”dan 6 xal geri qalmaqla turnir cədvəlinin 3-cü pilləsində qərarlaşıb.
İdman.biz