Coşqun Diniyev Türkiyə 1-ci Liqasında növbəti oyununu keçirib.
İdman.biz xəbər verir ki, onun çıxış etdiyi "Çorum" "Pendikspor"un qonağı olub.
31-ci tur çərçivəsində keçirilən qarşılaşma məhsuldar alınıb. Komandalar hərəyə iki dəfə fərqəniblər. Ehiyatda qalan Coşqun meydana 46-cı dəqiqədə daxil olub.
Qeyd edək ki, Diniyevin komandası bu nəticədən sonra 46 xalla 7-ci pillədə qərarlaşıb.
İdman.biz