Messi - yenə qol, yenə qələbə

Xəbərlər
30 Mart 2025 13:52
51
Messi - yenə qol, yenə qələbə

Lionel Messi "İnter Mayami"də qol seriyasını 4 oyuna çatdırıb.

İdman.biz xəbər verir ki, MLS çempionatı çərçivəsində "Filadelfiya" ilə oyunun (2:1) 55-ci dəqiqəsində meydana daxil olan argentinalı futbolçu iki dəqiqə sonra isə Luis Suaresin ötürməsini dəyərləndirərək qələbə qolunu vurub.

Beləliklə, Messi 2025-ci il mövsümü başlayandan bəri "İnter Mayami"nin bütün turnirlərdə keçirdiyi 6 oyunun hamısında ya qol vurub, ya da məhsuldar ötürmə edib (5+2). Ötən mövsümü də nəzərə alsaq, onun məhsuldarlıq seriyası ümumilikdə 8 rəsmi matça çatıb.

37 yaşlı forvard əzələ zədəsi səbəbindən bundan əvvəl 2026-cı il dünya çempionatının seçmə mərhələsi çərçivəsində millinin iki oyunu buraxmışdı.

Qeyd edək ki, "İnter Mayami" 5 oyundan 13 xalla MLS müntəzəm çempionatının ümumi hesabında liderdir.

İdman.biz