"Məğlubiyyətə görə üzgünük. Konsentrasiya çatışmadı".
İdman.biz xəbər verir ki, bunu Sportal.az-a "Turan-Tovuz"un yarımmüdafiəçisi Ayxan Hüseynov Misli Premyer Liqasının 28-ci turunda “Qarabağ”a məğlubiyyəti (1:4) şərh edərkən deyib:
“Çox sadə qollar buraxdıq. “Qarabağ” kimi komanda rəqibin səhvlərindən istifadə edir. Onlara qarşı açıq futbol oynamaq çətindir. Səhvlər oyunun nəticəsinə birbaşa təsir etdi. Halbuki oyun başqa cür də bitə bilərdi. Motivasiyamız güclü idi".
İdman.biz