Bu gün İngiltərə FA kubokunda 1/4 final mərhələsinin oyunları keçirilib.
İdman.biz xəbər verir ki, "Championship"də çıxış edən "Preston North End" öz meydanında "Aston Villa"ya böyük hesabla məğlub olub - 0:3.
"Mançester Siti" isə səfərdə "Bornmut"la oyunda əzmkar qələbə qazanıb - 2:1.
Qeyd edək ki, "Fulhem"ə qalib gələn (3:0) "Kristal Pelas" və penaltilər seriyasında "Brayton"u məğlub edən (0:0, pen. 4:3) "Nottingem" də bir gün əvvəl yarımfinala vəsiqə əldə ediblər.
İngiltərə
FA kuboku, 1/4 final
30 mart
16:30. "Preston North End" - "Aston Villa" 0:3
19:30. "Bornmut" - "Mançester Siti" 1:2
İdman.biz