Ronaldo müsəlmanları Ramazan bayramı münasibətilə təbrik edib

Xəbərlər
30 Mart 2025 16:38
52
Ronaldo müsəlmanları Ramazan bayramı münasibətilə təbrik edib

Məşhur futbolçu Kriştiano Ronaldo dünya müsəlmanlarını Ramazan bayramı münasibəti ilə təbrik edib.

İdman.biz xəbər verir ki, Səudiyyə Ərəbistanının "Əl-Nəsr" klubunda çıxış edən portuqaliyalı futbolçu sosial şəbəkə hesabında bununla bağlı paylaşım edib.

Kriştiano Ronaldo müsəlmanlara ünvanlanan təbrikində belə yazıb: "Qeyd edən hər kəsin Ramazan bayramı mübarək olsun! Bu özəl bayram sizə və yaxınlarınıza sevinc, sülh və xoşbəxtlik gətirsin".

İdman.biz