"Erzurumspor"un transfer etmək istədiyi Rüfət Abdullazadə üçün daha bir təklif var.
İdman.biz Sportal.az-a istinadən xəbər verir ki, "Səbail"in kapitanını Kipr klubu istəyir.
"Etnikos Axna" klubu Rüfəti yayda heyətinə qatmaq üçün hərəkətə keçəcək. Klub onunla maraqlandığını isə indidən futbolçuya bildirib.
Vaxtı ilə Araz Abdullayevin də formasını geyindiyi klub yayda Abdullazadə ilə 2 illik müqavilə imzalamağı planlaşdırır.
Qışda "Erzurumspor”dan təklif almış futbolçu “Səbail”i çətin durumda buraxmaq istəməyərək yaya qədər komandada qalmaq qərarı vermişdi.
İdman.biz