Azərbaycan millisinin keçmiş futbolçusu Nyu-Yorkda məşqçi işləyir - VİDEO

Xəbərlər
30 Mart 2025 21:59
88
Azərbaycan millisinin keçmiş futbolçusu Nyu-Yorkda məşqçi işləyir - VİDEO

Futbol üzrə Azərbaycan millisinin sabiq yarımmüdafiəçisi Elşən Qəmbərov 16 ildir Nyu-Yorkda yaşayır.

İdman.biz xəbər verir ki, ABŞ vətəndaşlığına malik 52 yaşlı keçmiş futbolçu hazırda Nyu-Yorkda uşaq futbol məktəbində məşqçi kimi çalışır.

Bakıya səfəri zamanı futbol azarkeşlərindən biri onu tanıyaraq videoya çəkib. Hazırkı fəaliyyəti barədə məlumat verən Qəmbərov Azərbaycan futbolu ilə bağlı arzusunu da dilə gətirib.

Qeyd edək ki, Qəmbərov 1998-2004-cü illərdə 12 oyunda Azərbaycan millisinin formasını geyinib, Rusiya, Özbəkistan və Qazaxıstan çempionatlarında legioner həyatı yaşayıb.

İdman.biz