"Çempionatın ən sərt komandasına qarşı oynadıq. Çalışdıq nəsə edək, alınmadı".
İdman.biz xəbər verir ki, bunu “Şamaxı”nın məşqçisi Elnur Çodarov Misli Premyer Liqasının 28-ci turunda "Zirə" ilə oyundan sonra mətbuat konfransında deyib.
Mütəxəssis bildirib ki, klubun hücumçusu Maykl Tike son məqamda özün nasaz hiss edib: "Ona görə də, bu oyuna itkilərlə çıxdıq. Birinci hissədə Vladislav Veremeyevin zədələnməsi, Mikelsin oyuna tam hazır olmaması planlarımızı pozdu. İkinci hissəyə yaxşı başlamadıq. Sadə səhvlərdən qollar buraxdıq. Dəyişiklik etmək istədik. Amma alınmadı. "Zirə"ni təbrik edirəm".
İdman.biz