Rəşad Sadıqov: "Bu matçda 3 xal qazanmağımız olduqca önəmli idi"

Xəbərlər
30 Mart 2025 21:11
62
Rəşad Sadıqov: "Bu matçda 3 xal qazanmağımız olduqca önəmli idi"

"Birinci hissənin ilk 5-10 dəqiqəsi bizim üçün yaxşı başladı. Amma, sonra oyun bizim üçün çətinləşdi". İstədiyimiz hücumları qura bilmirdik".

İdman.biz xəbər verir ki, bunu “Zirə”nin baş məşqçisi Rəşad Sadıqov Misli Premyer Liqasının 28-ci turunda "Şamaxı" ilə keçirilən oyundan (3:0) sonra mətbuat konfransında deyib.

Mütəxəssis bildirib ki, fasilədən sonra komandası xeyli fəallaşıb və vacib 3 xalı qazanıb: "Bilirdik ki, rəqib əzmkardır. Xüsusilə, son turlarda iddialı komandalara qarşı yaxşı oyunu ilə seçilir. Biz oyuna yaxşı köklənmişdik. Fasilədə daha çox hücumda daha fəal olmaq tapşırıqlarını verdik. Çünki, 0:0 hesabı bizi qane etmirdi və "Şamaxı"nın əks-hücumları, cinahdan asmalarda hər an fərqlənə bilərdi. Hesabı açdıq və 2-ci qoldan sonra oyun bizim üçün daha rahat keçdi".

Baş məşqçi növbəti 2 turda qarşılaşacaqları "Qarabağ" və "Neftçi" oyunları haqqında da fikirlərini bölüşüb: " Həmin oyunları nəzərə alsaq, bu matçda 3 xal qazanmağımız olduqca önəmli idi. Qarşıdakı matçlara da xallar qazanmaq üçün çıxacağıq".

İdman.biz