“Mançester Siti”nin və Norveç millisinin futbolçusu Erlinq Haland zədələnib.
İdman.biz xəbər verir ki, hücumçu İngiltərə kubokunun “Bornmut”la görüşündə xəsarət alıb.
O, görüşün 61-ci dəqiqəsində sol ayağından zədə aldığı üçün əvəzlənib. Halandın durumuna müayinələrdən sonra aydınlıq gələcək. Lakin forvard “Bornmut”un stadionunu əsa ilə tərk edib.
Qeyd edək ki, Haland komandasının 2:1 hesablı qələbəsinə 1 qolla töhfə verib.
İdman.biz