33 ildə 400-cü dəfə

Xəbərlər
31 Mart 2025 11:12
61
33 ildə 400-cü dəfə

Misli Premyer Liqasının XXVIII turunun son matçında “Zirə” “Şamaxı”nı 3:0 hesabı ilə məğlub edib.

İdman.biz xəbər verir ki, bu nəticə Azərbaycan çempionatları tarixində 400-cü dəfə qeydə alınıb.

Turnirdə ilk 3:0-a 1992-ci il mayın 3-də təsadüf olunub. Həmin gün “Pambıqçı” (Bərdə) “Şirvan”a (Kürdəmir) 3 cavabsız qolla qalib gəlib. Çempionatın 33 illik tarixində 3:0 hesabı ilə ən çox qələbə qazanan komanda “Qarabağ”dır – 65 dəfə. “Neftçi” 41, “Kəpəz” 31 dəfə üç cavabsız qola sevinib.

Gəncə təmsilçisi həm də hamıdan çox – 27 dəfə 0:3-ə üzülüb. MOİK 25, “Qəbələ” 22 dəfə belə məğlubiyyət alıb.

Qeyd edək ki, “Zirə” və “Şamaxı” üçün bu nəticə 12-ci olub. Bakı klubu bu hesabla 12-ci qələbəsini qazanıbsa, qonaqlar 12-ci dəfə üç cavabsız qolla uduzublar.

İdman.biz

Məqalədə: