“Mançester Siti”dən görünməmiş seriya

Xəbərlər
31 Mart 2025 15:52
43
“Mançester Siti”dən görünməmiş seriya

“Mançester Siti” yeni rekorda imza atıb.

İdman.biz xəbər verir ki, Pep Qvardiolanın yetirmələri buna İngiltərə kubokunda nail olublar.

Mançester təmsilçisi ardıcıl 7-ci dəfə yarımfinala yüksəlib. “Şəhərlilər” turnirin tarixində belə seriyaya imza atan ilk komanda olub.

Qeyd edək ki, 1/4 finalda “Bornmut”u 2:1 hesabı ilə məğlub edən “Mançester Siti” növbəti mərhələdə “Nottinhem Forest”lə üz-üzə gələcək.

İdman.biz