Arif Əsədov: “Neftçi” və ya “Sabah” kuboku qazansa, “Turan Tovuz”un işi çətinləşəcək”

Xəbərlər
31 Mart 2025 16:28
88
Arif Əsədov: “Neftçi” və ya “Sabah” kuboku qazansa, “Turan Tovuz”un işi çətinləşəcək”

“Qarabağ”ın ölkəmizi beynəlxalq arenada təmsil edəcəyi şübhə doğurmurdu”.

Bunu İdman.biz-ə Azərbaycan millisinin sabiq məşqçisi Arif Əsədov deyib.

Mütəxəssis “Qarabağ”ın 2025/26 mövsümündə Azərbaycanı avrokuboklarda təmsil etməsinə münasibət bildirib. Əsədov bildirib ki, 19-cu mükafatı təmin edən Ağdam təmsilçisinin bunu bacaracağına heç kimdə şübhə olmayıb: “Sadəcə, birinci yer məsələsi vardı ki, “Qarabağ” onu artıq ilk dövrədən sonra təmin etmişdi. Bu baxımdan əsas mübarizə ikinci və dördüncü yer, yəni Avropa Liqası və Konfrans Liqası uğrunda gedirdi. Fikrimcə, “Zirə” də artıq bu yerlərdən birini təmin edib. Yerdə qalan iki yer isə kubokdan asılıdır. Burada “Neftçi” və ya “Sabah” qalib olsa, dördüncü yer kənarda qalacaq. Nəticədə “Turan Tovuz”un işi çətinləşəcək. Buna görə də dördüncü yeri onların tutacağını düşünürəm. Əgər “Qarabağ” kuboku qazansa, “Turan Tovuz”un yolu açılacaq. Bu ehtimal da yüksəkdir”.

Qeyd edək ki, Ağdam təmsilçisi Misli Premyer Liqasının XXVIII turunda xal sayını 67-yə yüksəltməklə ilk “üçlük”də yerini təmin edib. Qurban Qurbanovun yetirmələri bununla da 2025/26 mövsümündə qitə arenasına çıxacaqlarını dəqiqləşdiriblər.

Aytac Sahəd
İdman.biz