"Barselona"nın nümayəndələri Bakıdakı stadionlara baxış keçiriblər - FOTO

Xəbərlər
31 Mart 2025 17:14
57
"Barselona"nın nümayəndələri Bakıdakı stadionlara baxış keçiriblər - FOTO

Dünyaşöhrətli "Barselona" futbol klubunun nümayəndələri Bakıda "ASK Arena" və "Liv Bona Dea Arena" stadionlarına baxış keçiriblər.

İdman.biz Oxu.Az-a istinadən xəbər verir ki, baxış keçirənlər arasında "Barselona" futbol akademiyasının Avropa, Yaxın Şərq və Afrika (EMEA) bölgəsinin rəhbəri Mark Sabate Ferre və Avropa və Afrika üzrə texniki koordinatoru Bernat Villa Ay Qorris də olublar.

Qeyd edək ki, daha öncə "Barselona" klubunun prezidenti Xuan Laporta Azərbaycana gələrək burada "Barselona" klubunun akademiyasını yaratmaq istədiklərini bildirmişdi.

İdman.biz

Məqalədə: