Fernandu Santuş Azərbaycan millisinin baş məşqçisi vəzifəsini vaxtından əvvəl tərk edə bilər.
İdman.biz xəbər verir ki, bu barədə Polşa mətbuatında məlumat yayılıb.
Məlumatda uğursuz nəticələrdən sonra portuqaliyalı mütəxəssisin millimizdəki gələcəyinin sual altına düşdüyü bildirilib. Vaxtilə Polşa komandasına başçılıq edən 70 yaşlı məşqçinin təzminat alaraq vəzifəsini tərk etmək istədiyi vurğulanıb. Çətin vəziyyətə düşən Fernandu özü istefa verəcəyi təqdirdə bu hüquqdan məhrum olacaq.
Qeyd edək ki, AFFA ilə Fernandu Santuş arasında ötən ilin yayında AFFA ilə 3+1 illik müqavilə imzalanıb. Onun rəhbərliyi ilə millimiz keçirdiyi 9 oyunda səkkiz dəfə uduzub, bir dəfə heç-heçə oynayıb.
İdman.biz