Fəridə Lütfəliyeva 3 oyuna təyinat alıb

Xəbərlər
31 Mart 2025 19:45
45
Fəridə Lütfəliyeva 3 oyuna təyinat alıb

FIFA referisi Fəridə Lütfəliyeva növbəti təyinat alıb.

İdman.biz xəbər verir ki, o, 19 yaşadək qadın futbolçulardan ibarət komandalar arasında Avropa çempionatının II seçmə mərhələsinin B Liqasında keçiriləcək oyunları idarə edəcək.

Fəridə II qrup çərçivəsində aprelin 1-də Farer adaları – Moldova, 7-də Moldova – Kipr matçlarının baş hakimi olacaq. FIFA referisi aprelin 4-də Estoniya – Moldova qarşılaşmasında dördüncü hakim funksiyasını yerinə yetirəcək. Gülnurə Əkbərzadə isə həmin görüşlərin köməkçi hakimi olacaq.

Qeyd edək ki, qrupun oyunları Moldovada keçiriləcək.

İdman.biz