Zamiqin komandası liderliyini möhkəmlədib

Xəbərlər
31 Mart 2025 21:38
45
Zamiqin komandası liderliyini möhkəmlədib

Azərbaycan yığmasının futbolçusu Zamiq Əliyev Albaniya Super Liqasında növbəti oyununu keçirib.

İdman.biz xəbər verir ki, onun çıxış etdiyi "Eqnatiya" 32-ci turda "Bilis"in qonağı olub.

Qarşılaşma Zamiqin komandasının 2:0 hesablı qələbəsi ilə yekunlaşıb. Start heyətində yer alan 22 yaşlı müdafiəçimiz 90 dəqiqə meydanda mübarizə aparıb. O, 66-cı dəqiqədə sarı vərəqə alıb.

Qeyd edək ki, bu qələbədən sonra "Eqnatiya" xalını 58-ə yüksəldib və komanda ən yaxın izləyicisini 4 xal qabaqlayıb.

İdman.biz