Flikdən vinger qərarı

Xəbərlər
1 Aprel 2025 09:19
59
Flikdən vinger qərarı

“Barselona”nın baş məşqçisi Hans-Diter Flik vinger transferi ilə bağlı qərarını verib.

İdman.biz xəbər verir ki, almaniyalı mütəxəssis Luis Diasın “Liverpul”dan keçidinə razı olmayıb.

Klub rəhbərliyi 28 yaşlı kolumbiyalını transfer etmək istəsə də, Flik yaş amilini qabardıb. Daha gənc oyunçular istəyən mütəxəssis Niko Uilyamsın “Atletik”dən keçidinin tərəfdarıdır.

Qeyd edək ki, Dias cari mövsümün 42 oyununda 13 qol və 7 asssitə imza atıb.

İdman.biz