"Bavariya"nın klubun əfsanəsi Tomas Müller ilə müqavilənin müddətini uzatmaq istəməməsinin səbəbi bəlli olub.
İdman.biz xəbər verir ki, jurnalist Florian Plettenberq bu həftə klub və futbolçunun yekun görüşünün olacağı barədə məlumat yayıb.
Çox güman, Müllerin yayda başa çatacaq müqaviləsi uzadılmayacaq və yarımmüdafiəçi mövsümün sonunda "Bavariya"nı tərk edəcək. Onun Münhen klubu ilə sonuncu turniri Klublararası dünya çempionatı ola bilər.
Müllerin müqavilənin müddətini daha bir mövsüm uzatmağa hazır olduğu, lakin "Bavariya"nın futbolçunun illik təxminən 17 milyon avro məbləğində maaşına qənaət etmək istədiyi bildirilir.
Məlumata görə, “Bavariya” Mülleri gələcəkdə əsas fiqur kimi görür, lakin hazırda ona klub strukturunda vəzifə vermək planı yoxdur. “Bavariya”dan ayrıldıqdan sonra 35 yaşlı yarımmüdafiəçinin karyerasını Almaniyadan kənarda davam etdirəcəyi istisna olunmur. Əvvəllər MLS klublarının onunla maraqlandığı bildirilirdi.
İdman.biz