AFFA-nın İntizam Komitəsinin iclası keçirilib.
İdman.biz xəbər verir ki, yığıncaqda Misli Premyer Liqasının XXVIII turunda baş verənlər müzakirə olunub.
“Turan Tovuz” – “Qarabağ” oyununda 4 futbolçusu sarı vərəqə alan meydan sahibləri 700 manat cərimə olunub. Azarkeşləri tərəfindən pirotexniki vasitədən istifadə edildiyinə görə “Qarabağ” 1500 manat cərimələnib.
“Neftçi” – “Araz-Naxçıvan” oyununda 6 sarı vərəqə alan Bakı klubu 700 manat ziyana düşüb. Futbolçusunun formasında qüsur olması səbəbindən matç gec başladığı üçün “Araz-Naxçıvan” 800 manat cərimə edilib.
“Səbail”lə qarşılaşmada “Kəpəz”in azarkeşləri tərəfindən sındırılmış 6 ədəd oturacağa görə stadiona dəymiş zərər Gəncə klubu tərəfindən ödəniləcək.
İdman.biz