Dünyada ayın ən yaxşı futbolçusu bəlli olub.
İdman.biz xəbər verir ki, İFFHS martın ən yaxşısını açıqlayıb.
"Atletik”in və İspaniya millisinin vingeri Niko Uilyams qalib olub. Coşua Kimmix (Almaniya, “Bavariya”) ikinci, Lamin Yamal (İspaniya, “Barselona”) üçüncü yeri tutub.
Qeyd edək ki, yanvarda Məhəmməd Salah (Misir, “Liverpul”), fevralda Kilian Mbappe (Fransa, “Real”) ən yaxşı seçilib.
İdman.biz