Həmyerlimiz Şimali Makedoniya – Latviya oyununa təyinat alıb

Xəbərlər
1 Aprel 2025 14:38
50
Həmyerlimiz Şimali Makedoniya – Latviya oyununa təyinat alıb

AFFA-nın Uşaq və Gənclər üzrə Yarışların təşkili şöbəsinin baş mütəxəssisi Zümrüd Ağayeva UEFA-dan növbəti təyinat alıb.

İdman.biz xəbər verir ki, o, qadınlar arasında Millətlər Liqasının Şimali Makedoniya – Latviya oyununun UEFA nümayəndəsi olacaq.

C Liqasının VI qrupunun III turu çərçivəsində keçiriləcək görüş aprelin 4-də Skopyedə Şimali Makedoniya Futbol Federasiyasının Məşq Mərkəzində təşkil olunacaq.

İdman.biz