Minifutbol üzrə Azərbaycan çempionatının qalibi “Birbaşa Bakı” və gümüş mükafatçısı “Zirə”nin iştirak edəcəyi Çempionlar Liqasının hansı ölkədə keçiriləcəyi bəlli olub.
İdman.biz xəbər verir ki, matçlar sentyabrın 17-dən 21-dək Bolqarıstanın paytaxtı Sofiyada baş tutacaq.
ÇL-dən bir həftə sonra isə eyni məkanda ölkəmizi Avropa kubokunda “Aznur” təmsil edəcək.
Qeyd edək ki, Çempionlar Liqasının son qalibi “Birbaşa Bakı”dır.
İdman.biz