"Turan Tovuz" legionerini saxlamaq istəyir

Xəbərlər
1 Aprel 2025 17:44
43
"Turan Tovuz" legionerini saxlamaq istəyir

"Turan Tovuz" Aleks Serranonu buraxmaq fikrində deyil.

İdman.biz Sportal.az-a istinadən xəbər verir ki, ispanın yüksək performansından sonra klub onunla müqavilə müddətini artırmaq fikrindədir.

Klub onun müqaviləsini daha 1 illik artırmaq istəyir. Çünki Serranonun “Turan Tovuz”la müqavilə müddəti mövsümün sonunda başa çatacaq.

30 yaşlı futbolçu 2023-cü il iyulun 24-də “Turan Tovuz”a keçib və mövsümün sonunda müqaviləsi başa çatacaq. O, bu sezon 28 matçda 4 qol vurub, 5 asist edib.

Serrano əvvəllər "Hebar", "Qurnik", "Talavera", "Salamanka", "Malyorka", "Sportinq Xixon" klublarında çıxş edib.

İdman.biz