"Liverpul", PSJ, "Srvena Zvezda" - seriya davam edir

Xəbərlər
3 Aprel 2025 09:57
50
"Liverpul", PSJ, "Srvena Zvezda" - seriya davam edir

30-cu turda "Everton"а qalib gələn (1:0) "Liverpul"un Premyer Liqada məğlubiyyətsiz seriyası 26 oyuna çatıb.

İdman.biz xəbər verir ki, “qırmızılar” bu mövsüm ölkə çempionatında yalnız sentyabrın 14-də “Nottingem Forest”ə uduzublar (0:1).

O vaxtdan bəri "Liverpul" 19 matçda qalib gəlib, 7 dəfə heç-heçə edib.

Avropanın digər komandalarından PSJ bu mövsüm Fransa Liqa 1-də keçirdiyi 27 oyunda, "Srvena Zvezda" isə Serbiya çempionatında 29 qarşılaşmada məğlub olmayıblar.

Ötən mövsümü də nəzərə alsaq, "Srvena Zvezda"nın məğlubiyyətsiz seriyası artıq 47 oyuna çatıb, PSJ-də isə bu göstərici 29-dur.

İdman.biz