“Qəbələ” üçün dönüş turu: Sabah Premyer Liqaya qayıdır

Xəbərlər
3 Aprel 2025 15:00
65
“Qəbələ” üçün dönüş turu: Sabah Premyer Liqaya qayıdır

Bu gün I Liqada XX tura start veriləcək.

İdman.biz xəbər verir ki, tur Premyer Liqaya ilk vəsiqənin sahibinin müəyyənləşməsi ilə nəticələnə bilər.

Çempionatın lideri “Qəbələ” sona 7 tur qalmış elitaya qayıdışını rəsmiləşdirməyə yaxındır. Kaxaber Tsxadadzenin yetirmələri turun matçına sabah çıxacaq.

19 turda məğlub olmayan “qırmızı-qaralar” bu dəfə uduzmasa, Premyer Liqaya vəsiqəni təmin edəcək. “Qəbələ”yə 4-cü pillədə qərarlaşan “Baku Sportinq”lə matçda 1 xal da kifayət edəcək.

Məsələ ondadır ki, Premyer Liqada komanda sayı artırıldığı üçün I Liqada ilk 3 yeri tutanlar elitaya vəsiqə qazanır. Hazırda 49 xala malik “Qəbələ” 4-cü pillədəki “Baku Sportinq”i 23 xal qabaqlayır, 5-ci yer üçün isə artıq indidən əlçatmazdır. Tsxadadzenin komandası bu üstünlüyü qorusa, sona 7 tur qalmış ilk “üçlük”də yerini təmin edərək Premyer Liqaya qayıdacaq.

Qeyd edək ki, “Qəbələ” 2023/24 mövsümündə Premyer Liqanı tərk edib.

İdman.biz