“Salyan”a qadağa, “Biləsuvar”a xəbərdarlıq

Xəbərlər
3 Aprel 2025 13:46
56
“Salyan”a qadağa, “Biləsuvar”a xəbərdarlıq

Region Liqasında yaşanan xoşagəlməz hadisələrə hüquqi qiymət verilib.

İdman.biz xəbər verir ki, AFFA-nın İntizam Komitəsi iki klubla bağlı qərar çıxarıb.

“Salyan OİK” – “Neftçala” oyunu bitdikdən sonra azarkeşlər kütləvi şəkildə meydana daxil olub, təhlükəsizlik tam təmin edilməyib. Bu üzdən Salyan təmsilçisi növbəti ev oyunu azarkeşsiz keçirməli olacaq.

“Biləsuvar” – “Masallı” matçı ərzində isə stadionun diktoru təyinatdan kənar çağırışlar edib. Buna görə Biləsuvarın eyniadlı komandasına xəbərdarlıq olunub.

İdman.biz