Yeddinci dəfə eyni komandaya baş məşqçi təyin olunub

Xəbərlər
4 Aprel 2025 12:26
65
Yeddinci dəfə eyni komandaya baş məşqçi təyin olunub

Renato Qauşo "Fluminense"nin baş məşqçisi təyin edilib.

İdman.biz xəbər verir ki, 62 yaşlı braziliyalı Rio-de-Janeyro klubu ilə 2025-ci ilin sonuna kimi müqavilə imzalayıb.

"Fluminense"yə artıq yeddinci dəfə rəhbərlik edən Qauşo bu komandanı sonuncu dəfə 2014-cü ildə çalışdırıb. O, 2007-ci ildə "Flu"ya Braziliya kubokunu qazandırıb.

Bundan başqa, Qauşo "Qremio" ilə Libertadores kuboku və Braziliya kubokunu qazanıb.

Qeyd edək ki, o, futbolçu kimi Braziliya millisinin heyətində 1989-cu ildə Amerika kubokunun qalibi olub.

İdman.biz