Joze Mourinyo Braziliya millisində?

Xəbərlər
4 Aprel 2025 14:36
88
Joze Mourinyo Braziliya millisində?

Braziliya millisinin baş məşqçisi vəzifəsinə namizədlər arasında portuqaliyalı Joze Mourinyo da yer alıb.

İdman.biz xəbər verir ki, braziliyalı jurnalist Andre Rizek bu iddia ilə çıxış edib.

Məlumata görə, Braziliya Futbol Konfederasiyası (CBF) vəzifəsindən kənarlaşdırılan Dorival Juniorun yerinə dörd namizəd müəyyənləşdirib. Əsas favorit Jorje Jesusdan (“Əl-Hilal”) başqa siyahıda Abel Ferreyra (“Palmeyras”), Karlo Ançelotti (“Real”) və Joze Mourinyonun (“Fənərbaxça”) adları var.

İdman.biz