"Neftçi" legionerini əvəzedici komandasına göndərib

Xəbərlər
4 Aprel 2025 16:17
95
"Neftçi" legionerini əvəzedici komandasına göndərib

"Neftçi" Alfa Konte ilə bağlı qərarını verib.

İdman.biz Apasport.az-a istinadən xəbər verir ki, klub futbolçunu əvəzedici komandaya göndərib.

Buna səbəb hücumçunun məşqlərdə özünü yaxşı tərəfdən göstərə bilməməsi olub.

Məşqçilər korpusu ondan istədiyi performansı ala bilmədiyi üçün sierra leoneli forvardı əsas komandadan uzaqlaşdırıb. Kontenin aprelin 8-də baş tutacaq "Şamaxı-2" - "Neftçi-2" matçında iştirakı gözlənilir.

Futbolçunun inamsız çıxışı davam edərsə, onun yayda komandadan göndərilməsi planlaşdırılır. Hücumçunun özü də "Neftçi"dən ayrılmaq fikrindədir.

Qeyd edək ki, Alfa "ağ-qaralar"a 2024-cü ilin yanvarında qoşulub. Onun klubla müqavilə müddəti 2027-ci ilin yayına qədərdir.

İdman.biz