"Barsa" dayandırılıb - kimin qələbə seriyası davam edir?

Xəbərlər
6 Aprel 2025 10:05
44
"Barsa" dayandırılıb - kimin qələbə seriyası davam edir?

"Barselona"nın bu mövsüm İspaniya çempionatında qələbə seriyası 9 oyunda dayandırılıb.

İdman.biz xəbər verir ki, Kataloniya təmsilçisi La Liqanın 30-cu turu çərçivəsində evdə "Betis"ə qalib gələ bilməyib - 1:1.

Avropa milli çempionatlarında qələbə seriyasını davam etdirən komandalardan PSJ Liqa 1-də ardıcıl 9-cu oyunda üç xal qazanaraq finişə altı tur qalmış Fransa çempionluğunu bayram edib.

Portuqaliyada ardıcıl 8 qələbəyə malik "Benfika"nı bu gecə səfərdə "Porto" ilə çətin oyun gözləyir.

A Seriyasında son 7 matçında qalib gələn "Roma" isə bu gecə evdə "Yuventus" kimi rəqibi məğlub etməyə çalışacaq.

İdman.biz