"Kubok görüşü çətin oldu. Qarşıda daha bir oyun var. Hələ ki birinci hissə başa çatıb. Qarşıda cavab görüşü var. Çox işləməliyik"
İdman.biz xəbər verir ki, bunu "Araz-Naxçıvan"ın qapıçısı Kristian Avram Sportal.az saytına açıqlamasında deyib.
Moldovalı qolkiper ölkə kubokunun yarımfinal mərhələsinin "Qarabağ"a(1:0) qarşı görüşündə qazandıqları qələbəni şərh edib: "Təbii ki, qələbə hər zaman xoşdur, yaxşıdır. İrəliləyirik. Bəli, bu sezon "Qarabağ"a qalib gəlməmişdik. Amma kubok oyunları çempionat matçlarından həmişə fərqlənir. Digər oyunlara necə, bu matça da o cür istəkli çıxmışdıq. Qalib gəldik, komanda üçün yaxşı haldır. Davamını gətirərək irəliləmək istəyirik".
Qapıçı Misli Premyer Liqasının 29-cu turunda qarşılaşacaqları “Sumqayıt”la görüşdəki şanslarını dəyərləndirib: "Kubok oyunu artıq geridə qaldıqdan sonra çempionat matçımızı düşünürük. “Sumqayıt”la matça hazırlaşmışıq. Sıx qrafik var və hər matç bitdikcə növbəti oyunu düşünürük. "Sumqayıt"la matça ən yaxşı nəticə üçün çıxacağıq".
İdman.biz