“Aprel günlərində Qarabağ müharibəsində şəhid olanlara Allahdan rəhmət diləyirik. Bu gün Şəhriyarın doğum günüdür. İnanıram ki, ruhu şaddır".
İdman.biz xəbər verir ki, bunu Kəpəz”in baş məşqçisi Azər Bağırov Misli Premyer Liqasının 29-cu turu çərçivəsində səfərdə "Sabah"la (0:1) keçirdikləri matçdan sonra mətbuat konfransında deyib.
Mütəxəssis bildirib ki, maraqlı oyun alınıb: "Qolumuzu vurub, müdafiəyə çəkildik. Düşünürəm ki, istədiyimiz nəticəni qazandıq. Turnir cədvəlində özümüzə yaxın rəqiblərlə oyunlarda futbolçularda təzyiq olur. Güclülərlə isə matçlara bir növ arxayın çıxırıq, itirməkdən qorxmuruq".
Gəncə klubunun baş məşqçisi vurğulayıb ki, mübarizə davam edir: "Mənə elə gəlir ki, hələ heç nə bitməyib. Azarkeşlərimizi sevindirməyə çalışacağıq. Mənim üzərimdə bir missiya var. Mən onu yerinə yetirməyə çalışıram. Rəhbərliklə danışıqlarımız da olub. Düşünürəm ki, növbəti mövsüm daha böyük “Kəpəz” görəcəyik”.
İdman.biz