AFFA-nın yığmaya çağırmaq istədiyi müdafiəçi yeni komanda tapıb - FOTO

Xəbərlər
6 Aprel 2025 21:26
38
AFFA-nın yığmaya çağırmaq istədiyi müdafiəçi yeni komanda tapıb - FOTO

Əslən Azərbaycandan olan Raul Hacıyev Gürcüstanda komandasını dəyişib.

İdman.biz xəbər verir ki, bu barədə Sportal.az-a müdafiəçi özü məlumat verib.

O, 3-cü liqada mübarizə aparan “Squri” ilə anlaşıb.

Raul yaya qədər həmin komandada çıxış edəcək. AFFA onu milliyə cəlb edilməsi üçün sənəd məsələlərini həll etməyə çalışır.

Hacıyev "Rustavi"nin yetirməsidir. O, buna qədər "Spaeri"də çıxış edirdi.

İdman.biz