Rektor "Qarabağ"ı Qarabağ Universitetinə dəvət edib

Xəbərlər
7 Aprel 2025 09:15
49
Rektor "Qarabağ"ı Qarabağ Universitetinə dəvət edib

Qarabağ Universitetinin rektoru "Qarabağ" Futbol Klubunun qonağı olub.

İdman.biz xəbər verir ki, Premyer Liqanın XXIX turu çərçivəsində keçirilən “Qarabağ” – “Zirə” oyununu izləyənlər arasında Qarabağ Universitetinin rektoru Şahin Bayramov da olub.

Qarşılaşma zamanı klubun prezidenti Tahir Gözellə rektor arasında səmimi fikir mübadiləsi aparılıb. Şahin Bayramov “Qarabağ" Futbol Klubunu Qarabağ Universitetinə dəvət edib.

Tahir Gözel bu dəvətə müsbət münasibət bildirib. O vurğulayıb ki, komandanın yaxın planlarında bölgəyə, o cümlədən Xankəndi və işğaldan azad edilmiş digər şəhərlərə səfəri nəzərdə tutulur: “Bu təşəbbüsü yüksək qiymətləndiririk. Qarabağ bölgəsinə səfər bizim də planlarımızda var və bu istiqamətdə addımlar atmağa hazırıq”.

Qeyd edək ki, görüş zamanı tərəflər gələcək əməkdaşlıq imkanlarını da müzakirə ediblər.

İdman.biz

Məqalədə: