“Liverpul” son 4 ilin antirekorduna imza atıb.
İdman.biz xəbər verir ki, Mersisayd təmsilçisi bu uğursuzluğu “Fulhem”lə matçda yaşayıb.
Arne Slotun yetirmələri bir hissədə üç top buraxıb. “Liverpul”a Premyer Liqada 45 dəqiqəyə üç qol vuran sonuncu komanda “Aston Villa” idi. Birminhem təmsilçisi 2020-ci ilin oktyabrında 4:1 hesablı qələbə qazananda üç qolu bir hissədə vurub.
Qeyd edək ki, “Fulhem” “Livepul”a 3:2 hesabı ilə qalib gəlib.
İdman.biz