“Turan Tovuz”un Serrano planı: QƏRAR VERİLİB

Xəbərlər
7 Aprel 2025 13:55
47
“Turan Tovuz”un Serrano planı: QƏRAR VERİLİB

“Turan Tovuz” yay transfer dönəmində əsas futbolçularını komandada saxlamağı planlaşdırır.

İdman.biz Apasport.az-a istinadən xəbər verir ki, Alexandro Serrano da bunlardan biridir.

Futbolçunun müqavilə müddəti iyun ayının sonunda bitəcək.

Klub rəhbərliyi artıq onunla danışıqlara başlayıb. Qərb təmsilçisi ispaniyalını heyətində saxlamaqda israrlıdır.

Lakin yarımmüdafiəçi “Turan”la bağlı qərarını verməyib. O, düşünmək üçün müddət istəyib.

Komandanın avrokuboklara vəsiqə qazanması halında futbolçu klubda qalacaq.

Qərblilər avrokuboklara yollana bilməsə, Serrano qərarını mövsümün sonunda açıqlayacaq.

Qeyd edək ki, Alexandro 2023-cü ilin yayında “Hebar”dan “Turan Tovuz”a keçib. O, bu mövsüm komandanın heyətində 30 matçda 4 qol və 5 məhsuldar ötürmə ilə yadda qalıb.

İdman.biz