Azərbaycan çempionatında mövsümün ikinci yüksələn komandası sabah müəyyənləşə bilər.
İdman.biz xəbər verir ki, bir liqadan digərinə yüksəlmək imkanı qazanan növbəti klub “Şahdağ Qusar”dır.
II Liqanın lideri XX turda uğurunu rəsmiləşdirə bilər. I Liqaya üç komanda yüksələcəyindən Qusar təmsilçisi “üçlük”də yerini təmin etməlidir.
Hazırda 55 xalı olan “Şahdağ Qusar” 4-cü yerdəki “Hypers Guba”nı 19 xal qabaqlayır. Sabah start götürəcək XX turun ilk günündə Qusar və Quba təmsilçilərinin Şimal derbisi baş tutacaq. “Şahdağ Qusar” uduzmasa, sona 6 tur qalmış I Liqaya vəsiqəni təmin edəcək. Matç saat 16:00-da başlayacaq.
Qeyd edək ki, cari mövsüm bir liqadan digərinə yüksələn ilk komanda “Qəbələ” olub. “Qırmızı-qaralar” I Liqadan Premyer Liqaya vəsiqə qazanıb.
İdman.biz