Premyer Liqada istefa

Xəbərlər
7 Aprel 2025 15:04
54
Premyer Liqada istefa

İngiltərə Premyer Liqasında növbəti baş məşqçi istefası gerçəkləşib.

İdman.biz xəbər verir ki, İvan Yuriç “Sauthempton”dan ayrılıb.

Buna komandanın Premyer Liqanı tərk etməsi səbəb olub. Xorvatiyalı mütəxəssis postunda cəmi 108 gün qalıb.

Qeyd edək ki, “Sauthempton” sona 7 tur qalmış Premyer Liqanı tərk etməklə antirekorda imza atıb.

İdman.biz