Futbol üzrə Azərbaycan çempionatının Region Liqasında qeyri-adi nəticə qeydə alınıb.
İdman.biz xəbər verir ki, bu, V turda baş verib.
D qrupunun “Şirvan OİK” – “Ərgünəş” (Füzuli) görüşü “qol yağışı”na çevrilib. Şirvan təmsilçisi qonaqların qapısından 18 cavabsız qol keçirib. Cavid Nəcizadə bu matçda 13 qola imza atıb.
Bu nəticə mövsümün yeni rekordudur. Meydan sahibləri orta hesabla hər 5 dəqiqədən bir qol sevinci yaşayıblar.
Qeyd edək ki, 4 oyunda 9 xal toplayan “Şirvan OİK” qrupda ikinci, 3 xala malik “Ərgünəş” altıncı yerdədir.
İdman.biz