“Mançester Yunayted” Kazemironu neçəyə satır?

Xəbərlər
7 Aprel 2025 17:02
38
“Mançester Yunayted” Kazemironu neçəyə satır?

“Mançester Yunayted”in Kazemiro üçün istədiyi məbləğ bəlli olub.

İdman.biz xəbər verir ki, İngiltərə klubu braziliyalı yarımmüdafiəçi ilə yayda vidalaşmaq istəyir.

Kazemiro 2022-ci ilin yayında “qırmızı şeytanlar”a qoşulub. Mançesterlilər onun satışından 15-17 milyon avro qazanmağı planlaşdırır.

Qeyd edək ki, Premyer Liqa təmsilçisi yarımmüdafiəçi üçün “Real”a 70 milyon avro ödəmişdi.

İdman.biz