“Sauthempton”un gözü Lempardda

Xəbərlər
7 Aprel 2025 17:57
50
“Sauthempton”un gözü Lempardda

İvan Yuriçlə yollarını ayıran “Sauthempton”un baş məşqçi postuna namizədlər bəlli olub.

İdman.biz xəbər verir ki, Premyer Liqada yerini sona 7 tur qalmış itirən klubun rəhbərliyi Frenk Lempardın xidmətində maraqlıdır.

Onun “Koventri”dəki fəaliyyəti “Sauthempton” rəhbərliyinin diqqətini çəkib. Amma Lempard hazırda Çempionşipdəki mübarizəyə köklənib.

Baş məşqçi postuna digər namizədlər Danni Rel (“Şeffild Uensdey”), Liem Rosenyor (“Strasburq” və Devid Vaqnerdir.

İdman.biz