"Evdə qalib gəlmək istəyirdik. Təəssüf ki, alılnmadı".
İdman.biz xəbər verir ki, bunu "Şamaxı"nın baş məşqçisi Ayxan Abbasov "Neftçi" ilə oyundan sonra keçirilən mətbuat konfransında deyib.
O, Misli Premyer Liqasının 29-cu turu çərçivəsində doğma meydanda qeydə alınan 0:2 hesablı məğlubiyyəti şərh edib: "İlk yarıda pis oynamadıq, qol imkanlarından istifadə edə bilmədik. Hər şey üst-üstə düşür, zədəlilər çoxalır. Bilirdik ki, ehtiyat qüvvəmiz az olduğu üçün çətinliklər olacaq. Bunlar normaldır, mövsüm ərzində olur. Sevindirci haldır ki, bu gün gənc oyunçu Elmar Məmmədov debüt etdi. Qarşıdakı günlərdə toparlanacağıq. İnanıram ki, hədəfimizə çatacağıq. Çempionatın sonu gərgin keçəcək. 3 xallıq sistemdə 8 xal elə də böyük fərq deyil. Mövsümün əvvəlində də xal fərqi tez-tez dəyişirdi. Sona qədər mübarizə aparacağıq".
Qeyd edək ki, 28 xalla 8-ci pillədə qərarlaşıb.
İdman.biz