"Ağır oyun alındı. Kubok matçlarını da nəzərə alsaq, 4 gündən bir matç keçiririk".
İdman.biz xəbər verir ki, bunu "Araz-Naxçıvan"ın baş məşqçisi Elmar Baxşıyev "Sumqayıt"la matçdan sonra keçirilən mətbuat konfransında deyib.
O, Misli Premyer Liqasının 29-cu turu çərçivəsində öz meydanında 2:0 hesablı qələbəni şərh edib: "Bu gün meydanda yaxşı iş ortaya qoyduq. Buna görə də komandamı təbrik edirəm. Mövsümün sonuna yaxınlaşırıq. Qarşıdakı oyunlara nə qədər yaxşı köklənə bilsək, bizim üçün yaxşı olacaq".
Qeyd edək ki, "Araz-Naxçıvan" 51 xalla 3-cü pillədə qərarlaşıb.
İdman.biz