Vaqif Cavadov: "Oyuna pis başladıq"

Xəbərlər
7 Aprel 2025 22:08
27
Vaqif Cavadov: "Oyuna pis başladıq"

"Bir neçə imkanımız olsa da bunları qola çevirə bilmədik".

İdman.biz xəbər verir ki, bunu "Sumqayıt"ın baş məşqçisi Vaqif Cavadov "Araz-Naxçıvan"la oyundan sonra deyib.

O, Azərbaycan Premyer Liqasının 29-cu turunda səfərdə qeydə alınan 0:2 hesablı məğlubiyyəti şərh edib: "Oyuna pis başladıq. Rəqibi qələbə münasibəti ilə təbrik edirəm. Növbəti matçlara hazırlaşacağıq".

Qeyd edək ki, "Sumqayıt" 29 xalla 7-ci pillədə qərarlaşıb.

İdman.biz