Azərbaycanlı futbolçu öz meydanında xalsız qalıb

Xəbərlər
7 Aprel 2025 22:43
38
Azərbaycanlı futbolçu öz meydanında xalsız qalıb

Azərbaycan yığmasının futbolçusu Zamiq Əliyev Albaniya çempionatında məğlubiyyət acısı yaşayıb.

İdman.biz xəbər verir ki, onun çıxış etdiyi "Eqnatiya" 33-cü turda öz meydanında uduzub.

Zamiqin komandası "Elbasani"yə 1:2 hesabı ilə məğlub olub. Start heyətində yer alan Əliyev birinci hissədə sarı vərəqə ilə cəzalanıb. Meydan sahibləri 6 oyundan sonra xalsız qalıb.

Qeyd edək ki, lider mövqeyində qərarlaşan "Eqnatiya" yaxın rəqiblərinin xal itirməsindən istifadə edə bilməyib. Onlar 58 xalla "Dinamo"nu 3 xalla qabaqlayırlar.

İdman.biz