Premyer Liqada yeni antirekord

Xəbərlər
8 Aprel 2025 09:19
62
Premyer Liqada yeni antirekord

İngiltərə Premyer Liqasında yeni antirekord qeydə alınıb.

İdman.biz xəbər verir ki, “Lester” ardıcıl 8 ev oyununda quru hesabla uduzub.

“Tülkülər”in seriyası “Nyukasl”la görüşdə 8-ə çatıb. Qonaqlar bu matçda 3 cavabsız qola seviniblər. Bu, Premyer Liqa tarixinin yeni antirekordudur.

Qeyd edək ki, “Lester” 31 turdan sonra turnir cədvəlində 19-cu pillədə qərarlaşıb.

İdman.biz