Bu gün Çempionlar Liqasında 1/4 final mərhələsi start götürüb.
İdman.biz xəbər verir ki, ilk oyunlar çərçivəsində iki matç keçirilib.
“Arsenal” Londonda “Real”ı sınağa çəkib. Oyunun birinci hissəsində hesab açılmayıb. Fasilədən sonra "topçular" madridliləri top atəşinə tutublar. Deklan Rays iki dəfə cərimə zərbəsindən fərqlənib. Daha bir qolu Merino vurub. Bu qələbə "Arsenal"ı yarımfinala bir addım yaxınlaşdırıb.
“İnter” Münhendə “Bavariya”nın qonağı olub. İtaliya klubu hesabı açsa da, sona yaxın münhenlilər bərabərlik qolunu vurublar. Amma matçın başa çatmasına 2 dəqiqə qalmış "İnter" növbəti dəfə fərqlənərək, səfərdən qələbə ilə dönüb.
Qeyd edək ki, ilk oyunlara aprelin 9-da keçiriləcək iki görüşlə yekun vurulacaq.
Çempionlar Liqası
1/4 final, ilk oyunlar
8 aprel
23:00. “Arsenal” – “Real” - 3:0
Qollar: Deklan Rays, 58; 70. Mikel Merino, 75.
23:00. “Bavariya” – “İnter” - 1:2
Qollar: Tomas Müller, 85 - Lautaro Martines, 38. Fratezzi, 88.
İdman.biz